Bu il Azərbaycana 121 milyon dollar dəyərində diri heyvan gətirilib
İqtisadiyyat
150
09:27, Bu gün

Bu il Azərbaycana 121 milyon dollar dəyərində diri heyvan gətirilib

2025-ci ilin yanvar-sentyabr ayları üzrə diri heyvanların idxalı və ixracına dair statistik rəqəmlər açıqlanıb.
 
Moderator.az rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə 84 diri at, qatır və at qatırı idxal edilib. Onların dəyəri 123 820 dollar olub. Bu kateqoriya üzrə ixrac isə 1 665 ədəd olmaqla 347 960 dollar məbləğində qeydə alınıb.
 
Diri iribuynuzlu mal-qaranın idxalı 94 125 ədəd təşkil edib və bunun dəyəri 91 195 700 dollar olub. Bu məhsul üzrə ixrac qeydə alınmayıb.
 
Hesabat dövründə diri qoyun və keçilərin idxalı isə 271 971 ədəd olub. Onların ümumi dəyəri 29 814 220 dollar təşkil edib.
 
Ümumilikdə, qeyd olunan dövrdə ölkəyə gətirilən diri heyvanların dəyəri 121 133 740 dollar olub.
Link kopyalandı!
Son xəbərlər