İşğaldan azad olunan ərazilərə 22 milyard manat xərclənib
İqtisadiyyat
121
11:40, Bu gün

İşğaldan azad olunan ərazilərə 22 milyard manat xərclənib

"Hazırda işğaldan azad edilən ərazilərdə 62 mindən çox insan yaşayır. Laçında isə 5 mindən çox sakinimiz var".
 
Moderator.az xəbər verir ki, bunu Milli Məclisdə 2026-cı ilin büdcə zərfinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib.
 
O qeyd edib ki, bu günə qədər Azərbaycan dövləti bu ərazilərin bərpa olunması üçün 22 milyard manata yaxın vəsait xərcləyib: “Müqayisə üçün deyim ki, 22 milyard manat vəsait Ermənistan dövlət büdcəsinin gəlirlərindən 2 dəfə, Gürcüstanın dövlət büdcəsinin gəlirlərindən isə 1,4 dəfə çoxdur. Bu rəqəmlər onu göstərir ki, Azərbaycan dövləti həmin ərazilərin bərpası və inteqrasiyası üçün kifayət qədər böyük işlər görür".
 
Link kopyalandı!
Son xəbərlər