20:04
12°C
Bakı
Bu gün tarixdə ilk dəfə olaraq Azərbaycan manatı (AZN) ilə Türkiyə lirəsinin (TRY) arasında rekord məzənnə qeydə alınıb.
Moderator.az Azərbaycan və Türkiyə Mərkəzi banklarının açıqladığı rəqəmlərə istinadən xəbər verir ki, bir manat artıq 25 lirəyə satılır.
Qeyd edək ki, Mərkəzi Bankın açıqladığı məzənnədə bir Türkiyə lirəsi 0.04 manat edir. Türkiyə Mərkəzi Bankının açıqladığı rəqəmlərə görə, manatın alış qiyməti 24 manat 77 qəpik, satışı isə 25 manat 9 qəpikdir.
İndiyə kimi manatın lirəyə qarşı ən yüksək məzənnəsi 24.8 manat olmuşdu.