Ermənistanda 5143 dollardan çox qazanan insanların sayı 1338 nəfər artıb...-İqtisadiyyat naziri
İqtisadiyyat
241
13:53, Bu gün

Ermənistanda 5143 dollardan çox qazanan insanların sayı 1338 nəfər artıb...-İqtisadiyyat naziri

Ermənistanda ayda 2 milyon dramdan(təxm. 5143 ABŞ dolları, yaxud 8743 AZN) çox qazanan insanların sayı ötən ilin oktyabr ayı ilə müqayisədə 1338 nəfər artıb. 
 
Moderator.az xəbər verir ki, "Aysor" nəşrinin yaydığı məlumata görə, bu barədə iqtisadiyyat naziri Gevorq Papoyan bu gün keçirilən hökumət iclasında bildirib.
 
500 min ilə 2 milyon dram arasında qazanan vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12.556 nəfər və ya 14,3% artıb.
 
O qeyd edib ki, "150 min(təxm. 656 AZN) ilə 500 min dram( təxm. 2186 AZN) arasında qazanan insanların sayı 24.684 nəfər və ya 7,8% artıb".
 
Eyni zamanda, Papoyanın sözlərinə görə, 150 min drama qədər maaş alan işçilərin sayı 7.655 nəfər azalıb.
Link kopyalandı!
Son xəbərlər