SOCAR rəsmisi:
İqtisadiyyat
192
11:50, Bu gün

SOCAR rəsmisi: "Azərbaycan qonşularını öz enerji infrastrukturundan istifadəyə dəvət edir"

"Azərbaycan Xəzər hövzəsindəki qonşularını özünün enerji infrastrukturundan istifadəyə dəvət edir".
 
Moderator.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Babək Hüseynov Bakıda keçirilən "SPE Xəzər texniki konfransı"nda bildirib.
 
O vurğulayıb ki, Azərbaycanın enerji sahəsində Avropa bazarlarına çıxışı üçün böyük potensialı var: "Çünki o strateji mövqedədir və Avropa bazarlarına çıxışı var. Mən həqiqətən inanıram ki, bu sahədə kifayət qədər işlər görməyə ehtiyac duyulur".
 
SOCAR rəsmisi bildirib ki, Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi həm Azərbaycan, həm də Qazaxıstan üçün böyük problemdir: "Ona görə də birlikdə işləmək və bu problemlər üçün ortaq həllər tapmaq vacibdir".
 
O qeyd edib ki, Azərbaycan energetika sahəsində mühəndislər vətənidir: "Ölkədə energetika sahəsi ilə bağlı bir çox kitablar yazmış xarici mütəxəssislər var. Lakin bu insanlar artıq təqaüdə çıxırlar. Düşünürəm ki, bu, bizim üçün ən böyük çağırışdır. Onların ardınca gələn insanlar olsa da, onlar karyera imkanlarını Azərbaycandan kənarda tapırlar. Ona görə də bu bizim üçün böyük çətinlikdir. Biz istərdik ki, azərbaycanlılar və vətəndaşlarımız SOCAR-da işləsinlər".
 
Link kopyalandı!
Son xəbərlər