Bizi sosial şəbəkələrdən izləyin:
Cari ilin ilk doqquz ayının nəticələrinə əsasən, ölkə üzrə ümumilikdə 77 min 692 yeni iş yeri açılıb.
Moderator.az rəsmi statistikaya istinadən xəbər verir ki, bu dövrdə ən çox iş yeri Bakı şəhərində qeydə alınıb - paytaxt üzrə 58 min 930 yeni iş yeri yaradılıb.
Bakının rayonları üzrə ən yüksək göstərici Nərimanov rayonuna məxsusdur və burada 11 min 81 yeni iş yeri açılıb. Nəsimi rayonunda 9 min 709, Xətai rayonunda 8 min 626, Yasamalda 7 min 83, Binəqədidə 6 min 135, Səbaildə isə 5 min 648 yeni iş yeri yaradılıb. Sabunçu rayonunda 3 min, Nizami rayonunda 3 min 305, Xəzər rayonunda 1 min 535, Suraxanı rayonunda min 948, Qaradağ rayonunda 836, Pirallahıda isə 24 yeni iş yeri açılıb.