Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyi yaradıldı - FOTO
İqtisadiyyat
174
13:05, Bu gün

Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyi yaradıldı - FOTO

Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın ali audit orqanlarının rəhbərlərinin iştirakı ilə Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyi (TÜRKSAİ) yaradılıb.
 
Hesablama Palatasından Moderator.az-a verilən məlumata görə, bu barədə İstanbulda keçirilən Türk Dövlətlərinin Ali Audit Qurumları Birliyinin (TÜRKSAİ) yaradılması ilə bağlı keçirilmiş toplantıda qərar qəbul edilib.
 
Toplantının açılışında çıxış edən Türkiyə Hesablama Məhkəməsinin Prezidenti Metin Yenər türk dünyasının artan siyasi və iqtisadi nüfuzunun ali audit orqanlarının məsuliyyətini daha da artırdığını, eləcə də ortaq auditlərin əhəmiyyətini vurğulayıb. Metin Yenər ortaq keçmişə, köklərə və dəyərlərə malik ölkələrin audit orqanları arasında əməkdaşlığın yeni yaradılan Birlik çərçivəsində daha da güclənəcəyinə inamını bildirib.
 
Palatanın sədri Vüqar Gülməmmədov çıxışında Türk Dövlətləri Təşkilatının bu gün yalnız mədəni və iqtisadi əməkdaşlıq platforması deyil, həm də qlobal arenada formalaşan real güc mərkəzi olduğunu qeyd edib. Sədr türkdilli ölkələrin eyni coğrafiyanın, eyni mədəniyyətin və ortaq tarixin mirasçıları olduğunu vurğulayaraq, qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsinin əsas prioritetlərdən biri olduğunu bildirib. Bununla yanaşı, təşkilatın fəaliyyətində vacib hesab etdiyi bir sıra istiqamətləri toplantı iştirakçılarının nəzərinə çatdırıb.
 
Yeni qurumun Təsis Bəyannaməsi beş ölkənin ali audit orqanlarının rəhbərləri tərəfindən imzalanıb.
Link kopyalandı!
Son xəbərlər