Bizi sosial şəbəkələrdən izləyin:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 22 min 115,5 ton kərə yağı istehsal edilib.
Moderator.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-ci ilin eyni dövrü ilə müqayisədə 10,4 % azdır.
Noyabrın 1-nə ölkədə 174,3 ton kərə yağı ehtiyatı yaranıb. Bu da, illik müqayisədə 4,6 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanda 4 milyard 191,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 9,5 % çoxdur.