Zahid Oruc: ”Nə üçün sahibkarlarımız 1.5 milyard dollardan atrıq vəsaiti qonşu ölkəyə qoyurlar...”
İqtisadiyyat
143
13:35, Bu gün

Zahid Oruc: ”Nə üçün sahibkarlarımız 1.5 milyard dollardan atrıq vəsaiti qonşu ölkəyə qoyurlar...”

Vergi qanunvericiliyinə edilən dəyişikliklərin əsas fəlsəfəsi və strateji məqsədləri dünyadakı əsas çağırşlara tamamilə uyğundur. ABŞ lideri Donald Trampın son bir ildə tarif və gömrük rusumları ilə bağlı apardığı siyasət savaşların ənənəvi hərbi vasitələrlə, ordu ilə deyil, iqtisadiyyat və ticarət qanunları ilə baş verdiyini göstərir. Azərbaycan müstəqil dövlət kimi Qələbədən sonra yeni mərhələyə keçir - neftin hasilatının azalması nəhayət, müəyyən ağrılı mərhələlərlə də olsa, qeyri-neft-qaz iqtisadiyyatına keçməyə imkan verəcək kompleks tədbirlərdir. 
 
Gürcüstanda 2003-cü ildə baş verən inqilaba nə qədər qlobal aparılan hakimiyyət dəyişikliyi siyasətinin tərkib hissəsi kimi yanaşsaq da bir məqamı misal kimi indiki layihənin müzakirəsində səsləndirmək yerinə düşər. Yeni iqtidar ilk addım kimi, hansı islahatları aparmaq sualı ətrafında düşünərkən, ilk yerə məhz vergi dəyişikliklərinin sadə əhali və iş adamları tərərindən başa düşülməsi, müdafiə edilməsini qoyur. Səbəb badüşüləndir-kölgə iqtisadiyyatının 60 faizdən çox olan və kriminal oliqarxiyanın sərəncamında olan biznes sferasını azad etmək, qanuni müstəvi formalaşdırmaq, əlverişli investisiya mühiti yaratmaq üçün gərək iid. 
 
Şüar da çox uyğun seçilmişdi-vergi qanununu pinəçi də, dülgər də, rəngsaz da, iri şirkətlər də öz mənafeyinə uyğun saymalıdır. Nəticədə, ərazicə Azərbaycandan kiçik olan bir ölkə böyük sərmayelərə açıldı, o cümldən, ölkəmizin brend şirkəti SOCAR daxil, iş adamlarımız birlikdə 3.5 milyard dollar kapital yatırıblar. Hökumətimiz üçün təhlil ondan ibarət ola bilər ki, nə üçün sahibkarlarımız 1.5 milyard dollardan atrıq vəsaiti qonşu ölkəyə qoyurlar. Səbəblərin obyektiv üzə çıxarılması iqtisadiyyatımız üçün faydalı olardı. Məhz o kontekstdə vergi subyektləri üçün xaricdən kapitalın ölkəyə gətirilməsi qarşılığında vergi dərəcəsinin 14 faizdən 5 faizə endilməsi və sadələşdirilmiş vergitutma bazasının iki dəfə-200 min manatdan 400 min manata çatdırılması da yayınmaların azalması, bazanın genişlənməsi və sahibkarlığın stimulaşdırılmasına kömək edəcəkdir.
 
Vergi qanunvericiliyində rusumsuz ticarət mağazalarında ticarəti aparılan mallar üzərində ƏDV və aksizlərin sıfırla müəyyənləşməsi mühüm qərardır, nəticədə, əksinə mal və məhsulların qiymətlərinin aşağı düşməsi baş verəcəkdir. Çünki ölkəmizdə elə mağazaların sayı on minlərlədir. 
 
Əsas diqqəti cəlb etmək istədiyimiz məsələlərdən biri Naxçıvan Muxtar Respublikası üçün bəyan edilən yeni iqtisadi-maliyyə və vergi siyasətidir. Bildiyiniz kimi, dünyada bir çox eksklavlar-ərazinin titullu coğrafiyadan kənarda olmasının nümunələri var. 
 
Alyaska ABŞ-dan, Kalininqrad Rusiyadan, Businqen İtaliyadan və sair kimi ayrı düşən nümunələr var. Vətən müharibəsində Qələbəmizdən sonra Ali Baş Komandan İlham Əliyev bir sıra strateji açıqlamalar və qərarlar verərək, savaşımızın əsas hədəfimizin yalnız ərazilərin əsas edilməsi və suverenlik olmadığını nümayiş etdirib. Ölkə başçısı qlobal liderliyini davam etdirərək, regionda yeni geoiqtisadi arxitektura qurmağa çalışır və Cənubu Qafqazı bütövləşdirir, onun üzərində planlarını addım-addım irəli aparır.
 
Ölkə başçısı xüsusi vurğilayır ki, biz Şərqi Zəngəzurla Naxçıvan Muxtar Respublikasını vahid bir platformada, yəni iqtisadi, siyasi və ticarət məkanı kimi vahid müstəvidə qəbul edərək hərəkət etməliyik. Göründüyü kimi, dövlət rəhbərinin əsas məqsədi bir çox xarici dairələrin iddia etdiyi kimi, Naxçıvana gedən yolun hərbi yolla işğalı deyil, məhz müasir dünyada qəbul edilən iqtisadi strategiyalar və ticarət planları ilə fəth etməkdir. Ona görə də azad torpaqlarda müəyyənləşdirilən vergi güzəştləri rejiminin eynilə Naxçıvana aid edilməsi məhz Türkiyə ilə sərhəd olan,l akin Qarabağın azadlığı ilə strateji məkana-dəhlizə çevriləcək bir ərazini xüsusi inkişaf etdirməkdir. 
 
Əlbəttə, bir daha vurğulayırıq ki, azad torpaqlarda uğur qazanacaq modelin bütün ölkəmizdə tətbiq ediləcəyini dəfələrlə Birinci Şəxs bəyan edir. Son dəyişikliklər məhz həmin mərama xidmət edir.
 
Müzakirə olunan layihə ilə əlaqəli olan bir məqam Hesablama Palatasının rəyində əksini tapıb. Orada qeyd olunur ki, 10005 qeyri dövlət obyektindən yalnız 30 faizi icarəyə verilib. Lakin cəmi iki il əvvəl azad olunan Xankəndində iqtisadi canlanmanı təmin edən addımları sözgedən 7000 dən çox obyektin icarəsində tətbiq etmək, bəlkə sıfır vergi siyasətini bölgələrdə yalnız iqtisadi dəyər yaratma amili, iş yerlərinin açılması, kriminallığın aazldılmasına təsir edəcək və paytaxta axının qarşısını almaq baxımından faydalı olardı.
 
Ona görə də qarşıdakı dövrdə iqtisadiyyat üçün müsbət siqanlları artırmaq, sahibkarları stimullaşdırmaq və müdafiə etmək dövlətimizin güclənməsi üçün əhəmiyyətli olacaqdır.
 
Layihəyə müsbət səs verəcəyimizi bildirik.  
 
Zahid Oruc
Millət vəkili
Link kopyalandı!
Son xəbərlər