2026-cı ilin büdcəsi birinci oxunuşda qəbul edildi
İqtisadiyyat
285
13:12, Bu gün

2026-cı ilin büdcəsi birinci oxunuşda qəbul edildi

"Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda qəbul edilib.
 
Moderator.az-ın məlumatına görə, Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri 41 milyard 703 milyon 600 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 37 milyard 850 milyon 712 min manat, yerli gəlirləri 758 milyon 288 min manat, mərkəzləşdirilmiş xərcləri 40 milyard 944 milyon 465 min manat, yerli xərcləri 759 milyon 135 min manat) məbləğində təsdiq edilib.
Link kopyalandı!
Son xəbərlər