Mərkəzi Bankın sədri manatın məzənnəsindən danışdı
İqtisadiyyat
392
13:17, Bu gün

Mərkəzi Bankın sədri manatın məzənnəsindən danışdı

"2022-ci ildən etibarən Mərkəzi Bank tərəfindən pul siyasətinin ötürücülüyünün gücləndiriləməsi üzrə həyata keçirilən islahatlar iqtisadiyyatda dollarlaşma səviyyəsinin azalmasına səbəb olub. Belə ki, rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi ilin əvvəlindən 2,1% azalaraq oktyabr ayının nəticələrinə əsasən 28,5% səviyyəsinə enib və tarixi minimumdur".
 
Moderator.xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
 
"Qeyd olunan dinamika həm məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu, həm də manata inamın davamlı gücləndiyini göstərir. Bu milli valyutamız üçün əsas naliyyyətlərdən biridir", - deyə AMB sədri bildirib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər