Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən sığorta agentləri “Azərbaycan Geologiyası”, “Az İnvest Group” və “İNS Consulting” MMC-lərə icrası məcburi sərəncam verilib.
Moderator.az xəbər verir ki, AMB tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində hüquqi şəxs sığorta agentləri “Azərbaycan Geologiyası”, “Az İnvest Group” və “İNS Consulting” MMC-lərə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən icrası məcburi göstəriş verilib.