Bizi sosial şəbəkələrdən izləyin:
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 10 milyard 849 min 719.29 dollar dəyərində 20 milyard 754 min 593.06 ton xam neft və xam neft məhsulları ixrac edib.
Moderator.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ən çox xam neft ixrac edilən ölkələr sırasında ilk yeri İtaliya tutub. Bu ölkəyə 6,2 milyard dollar dəyərində 12 077 423.62 ton neft ixrac edilib.
İkinci yerdə Çexiya qərarlaşıb. Bu ölkəyə 1 307 899.13 ton məhsul ixrac edilib və ixracın ümumi dəyəri 701 374.00 dollar olub.
Üçüncü yeri isə Xorvatiya tutur. Bu ölkəyə ixrac edilən 1 187 550.72 ton xam neftin statistik dəyəri 634 647.77 min dollar təşkil edib.
Bundan əlavə, Almaniyaya 956 716.48 ton ( 502 018.65 ), Rumıniyaya isə 869 568.72 ton (475 935.69 min dollar ) həcmində xam neft ixrac olunub.