Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanın maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2025-ci ilin yanvar-oktyabr aylarında 506.1 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 1.2%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 22.5% azalıb.
Moderator.az rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə 3 280 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 153 ədəd azdır.
Yanvar-oktyabr aylarında traktor istehsalı 13.7%, yük avtomobillərinin istehsalı isə 31.6% azalıb.
Hesabat dövründə 8 718 ədəd nasos istehsal olunub, onlardan 4 978 ədədi ştanqlı quyu nasoslarıdır, 3.5 ton kran, qapaq və klapan istehsal edilib. Həmçinin 427 ədəd traktor, 273 ədəd yük avtomobili istehsal olunub.