Dünya bazarlarında qızıl 100 dollar ucuzlaşdı
İqtisadiyyat
438
18:37, Bu gün

Dünya bazarlarında qızıl 100 dollar ucuzlaşdı

Dünya əmtəə bazarlarında qızıl 100 dollar ucuzlaşıb.

Ötən gün qızıl bazarında eniş qeydə alınıb. Comex birjasında qızılının qiyməti 100,30 dollar və ya 2,39% azalaraq 4 094,20 ABŞ dolları/unsiya səviyyəsinə düşüb. Spot qızılın qiyməti isə 87,46 dollar və ya 2,10% geriləyərək 4 084,06 ABŞ dolları/unsiya təşkil edib.

Hər iki seqment üzrə dərin azalma bazarda satış təzyiqlərinin artdığını göstərir.

Qiymətlərin azalmasına əsasən ABŞ iqtisadiyyatına dair açıqlanan makroiqtisadi göstəricilərin Federal Ehtiyat Sisteminin (FED) siyasətinə dair gözləntiləri gücləndirməsi və dolların möhkəmlənməsi təsir edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər