Türkiyənin ən çox təbii qaz idxal etdiyi ölkələr arasında Azərbaycan ikincidir
İqtisadiyyat
211
17:58, Bu gün

Türkiyənin ən çox təbii qaz idxal etdiyi ölkələr arasında Azərbaycan ikincidir

Türkiyə bu ilin sentyabr ayında Azərbaycandan 958 milyon kubmetr həcmində qaz idxal edib.
 
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Enerji Bazarının Tənzimlənməsi İdarəsi yayıb.
 
Məlumata görə, Türkiyə sentyabrda ümumilikdə 3 milyard 605 milyon kubmetr təbii qaz idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6.7% çoxdur.
 
Bildirilir ki, sözügedən dövr ərzində ən böyük qaz həcmi Rusiyadan idxal edilib (1 milyard 447 milyon kubmetr). Azərbaycan 958 milyon kubmetrlə ikinci yerdə qərarlaşıb.
 
İlk üçlüyü isə 807 milyon kubmetrlə İran tamamlayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər