Bizi sosial şəbəkələrdən izləyin:
Cari ilin oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla işləyənlərin sayı 1 milyon 781.4 min nəfər təşkil edib. Onlardan 863.2 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 918.2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Moderator.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Muzdla işləyənlərin 18.8%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 18.1%-i təhsil, 13.9%-i sənaye, 8.5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.7%-i tikinti, 6.3%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4.5%-i nəqliyyat və anbar təsərrüfatı, 4.0%-i peşə, elmi və texniki fəaliyyət, 2.4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.3%-i maliyyə və sığorta fəaliyyəti, 14.5%-i isə iqtisadiyyatın digər sahələrinə düşüb.
2025-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla işləyənlərin ortaaylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9.5% artaraq 1 087.7 manat təşkil edib. Ən yüksək ortaaylıq nominal əməkhaqqı mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, həmçinin nəqliyyat və anbar təsərrüfatı sahələrində qeydə alınıb.