Deputat:
İqtisadiyyat
231
11:11, Bu gün

Deputat: "Son beş ildə Azərbaycanla Özbəkistan arasındakı ticarət dövriyyəsi üç dəfə artıb"

"Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibəsində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırdığını bildirib. Son illər türk dövlətləri arasında strateji münasibətlərin dərinləşməsi regionun geosiyasi mövqeyini daha da artırıb".
 
Moderator.azz xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
 
 
O bildirib ki, son beş ildə Azərbaycan ilə Özbəkistan arasındakı ticarət dövriyyəsi üç dəfə artaraq 2024-ci ildə 252 milyon dollara çatıb:
 
"2025-ci ilin yanvar-sentyabr aylarında bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 87.5 faiz artaraq 319 milyon ABŞ dollarına çatıb. Deməli, bu ildə də qarşılıqlı ticarət dövriyyəsində illik artım qorunub-saxlanılacaq. Bu da tərəflər arasındakı strateji münasibətlərin inkişaf səviyyəsini göstərən əsas meyarlardan hesab olunur. Türk Dövlətləri Təşkilatının üzvləri olaraq, tərəflər həm qeyri-enerji, həm də enerji sahəsində yeni strateji əməkdaşlıq potensialına malikdirlər".
 
"Azərbaycan Özbəkistan ilə iqtisadiyyatın fərqli sahələrində əməkdaşlıq edir. Nəqliyyat, logistika, kənd təsərrüfatı ilə yanaşı, birgə sərmayə qoyuluşları da prioritetləşməkdədir. Hər iki ölkə müxtəlif beynəlxalq qurumlarda, o cümlədən Türk Dövlətləri Təşkilatında sıx və məhsuldar əməkdaşlıq formalaşdırıb. Özbəkistan Füzuli şəhərində müasir standartlara uyğun orta məktəb inşa edib. Bu isə tərəflərin, həmçinin humanitar və digər istiqamətlərdə də əməkdaşlığından xəbər verir. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri ölkələr arasında münasibətlərin inkişafına xüsusi təkan verir.
 
Türk dövlətləri arasındakı strateji münasibətlər inkişaf edir və daha da dərinləşir. Bu, Azərbaycan-Özbəkistan münasibətlərində özünü bir daha təsdiq etməkdədir", - deputat bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər