Kredit borcuna görə ölkədən çıxışa qadağa qoyulacaq?
İqtisadiyyat
481
10:51, Bu gün

Kredit borcuna görə ölkədən çıxışa qadağa qoyulacaq?

Hazırda üç milyondan çox vətəndaşın banklara istehlak krediti borcu var.  Bəs kredit borcuna görə ölkədən çıxışa qadağa qoyula bilərmi?
Moderator.az-a danışan millət vəkili Vüqar Bayramov bildirib ki, ümumilikdə kredit portfelinin artması və istehlak kreditlərindən istifadə edən vətəndaşların sayında yüksəliş müşahidə olunur:
 
“Hazırda kredit portfeli, yəni götürülən istehlak kreditlərinin ümumi həcmi səkkiz milyard manatdan çoxdur. Bu isə o deməkdir ki, üç milyon vətəndaşımız istehlak kreditlərindən istifadə edir. Qanunvericiliyə əsasən, krediti qaytara bilməyən şəxslərin ölkədən çıxışına məhdudiyyət qoyula bilər. Milli Məclisə təqdim etdiyimiz təkliflərdən biri ondan ibarətdir ki, bu məhdudiyyətlər tətbiq olunarkən müəyyən limitlər nəzərə alınsın. Məsələn, 500 və ya 1000 manat istehlak krediti borcu olan vətəndaşın ölkədən çıxışının məhdudlaşdırılması arzuolunan deyil, çünki o, xaricə səfər etməklə həmin vəsaiti qaytarmaq imkanına malik ola bilər. Buna görə də məhdudiyyətlər müəyyən edilərkən limitlərin tətbiqinin tərəfdarıyıq və hesab edirik ki, belə limitlərin müəyyənləşdirilməsi bu məhdudiyyətlərlə üzləşən vətəndaşların sayının azalmasına səbəb ola bilər. Eyni zamanda, bu, həmin vətəndaşların öz öhdəliklərini yerinə yetirməsinə müəyyən dərəcədə şərait yaratmış olar”.
 
 
Mehin Mehmanqızı 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər