İqtisadiyyat
917
08:28, Bu gün

"Ermənistana buğda tədarükü Rusiyanın təşəbbüsüdür, “Tramp yolu”nun nəticəsi deyil..."

“Dünən(6 noyabr) gecənin soyuğunda İqtisadiyyat naziri Gevorq Papoyan Ayrum stansiyasına, onun təbirincə, tarixi hadisəni elan etmək üçün gedib və o qədər həyəcanlanıb ki, "beynəlxalq qalmaqal"a səbəb olub. Məsələ ondadır ki, nazir Papoyan bəyan edib ki, 3 onillikdən sonra yük Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Ermənistana gəlib və onun bir hissəsi hələ də yoldadır. O, bu reallığı ancaq 8 avqust bəyannaməsi, “Yer üzündə sülhün əksi” ifadəsi ilə şərtləndirib".
 
Moderator.az xəbər verir ki, bunu Ermənistanın “Johovurd” qəzeti yazır.
 
"Bəs reallıq nədir?" - deyə sual edən nəşr ardınca yazır:
 
Qazaxıstandan Ermənistana nəzərdə tutulan 1000 tona yaxın buğda yüklənmiş 15 vaqon Azərbaycanın Bilıcəri dəmir yolu stansiyasından çıxıb və Gürcüstan ərazisindən keçərək Ermənistana doğru hərəkət edir. "Armenpress" xəbər verir ki, bu barədə Azərbaycanın APA agentliyi məlumat yayıb. Rusiya və Azərbaycan tərəfləri yüklərin Rusiyanın təşkilatçılığı ilə Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana çatdığı barədə məlumat veriblər.
 
Rusiya baş nazirinin müavini Aleksey Overçuk bir müddət əvvəl Moskva və Bakının Rusiya yüklərinin tranziti ilə bağlı razılığa gəldiyini və tezliklə daha 132 vaqon buğdanın yenidən Azərbaycan ərazisi vasitəsilə Ermənistana göndəriləcəyini bildirmişdi. Azərbaycan prezidenti İlham Əliyev də Qazaxıstanda bəyan edib ki, Bakı Ermənistan yüklərinin tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırır.
 
Lakin Ermənistan Respublikasının iqtisadiyyat naziri Gevorq Papoyan qatar vaqonlarının fonunda dayanaraq bunun avqustun 8-də “Tramp yolu”nun məntiqi davamı olduğunu açıqlayıb".
 
"Johovurd" hesab edir ki, Ermənistan iqtisadiyyat nazirinin hər iki iddiası faktiki olaraq yanlışdır:
 
1. Buğda tədarükü Rusiyanın təşəbbüsüdür, “Tramp yolu”nun nəticəsi deyil.
2. Yük Azərbaycandan birbaşa Ermənistana daxil olmayıb, Azərbaycan → Gürcüstan → Ermənistan marşrutu ilə gedib. Yəni Azərbaycan Ermənistanla sərhədi açmadı.
Bu barədə Rusiya və Azərbaycan mətbuatında fəal şəkildə yazılır və bunun sadəcə olaraq tranzit qadağasının götürülməsi olduğu vurğulanır..”
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər