İstirahət günlərində hansı rayonlara getmək daha sərfəlidir?
İqtisadiyyat
612
16:38, Bu gün

İstirahət günlərində hansı rayonlara getmək daha sərfəlidir?

Qarşıdan qeyri-iş günləri gəlir. İnsanlar bu fürsətdən istifadə edib istirahət və gəzinti planları qururlar. Qarşıdan gələn qeyri-iş günləri ərəfəsində daxili turizmə maraq hansı səviyyədədir? Vətəndaşlar istirahət üçün daha çox hansı rayonları seçir? Bu dövrdə günlük evlərə,yoxsa otellərə üstünülük verilir? Qiymətlərdə artım varmı?
 
Moderator.az-a danışan turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov deyib ki, qarşıdan bir neçə günlük qeyri‑iş günü gəlir və belə dövrlərdə xüsusən rayonlara səfər edənlərin sayı artır: 
 
“Qohum və dost ziyarətləri də çoxalır. Son dövrlər müşahidə olunur ki, insanlar daha çox gündəlik evlərdə (aframe evlər), kənd evlərində və villalarda qalmağı üstün tuturlar. Bu göstərici otellərlə müqayisədə daha yüksəkdir. Bunun əsas səbəbləri qiymətlərin daha əlverişli olması və pandemiyadan sonra insanların təbiəti daha çox hiss etmək istəmələridir. Yəni, gündəlik evlərə tələbat artıb və bu tip səfərlər populyarlıq qazanıb.
Gözlənilir ki, qarşıdan gələn bayram və qeyri‑iş günlərində də regionlara səfərlər artacaq. Turistlərin əsas getdiyi istiqamətlər arasında ənənəvi olaraq Quba, Qusar, Lənkəran, Astara, Gəncə, Göygöl, Şəki, Şamaxı və Qəbələ yer alır. Bu bölgələrdə turizm infrastrukturu yaxşı inkişaf edib və yollar rahatdır, bu da səfərləri asanlaşdırır. Xüsusən paytaxt sakinləri bu istiqamətlərə daha çox üz tutur.
Qiymətlərə gəldikdə isə, ciddi və kəskin bahalaşma müşahidə olunmur. Ötən illərlə müqayisədə daxili turizmə tələbat yüksək olsa da, qiymətlər əvvəlki illərdən fərqli olaraq yüksək deyil”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər