Doqquz ayda istehlakçılara 157 milyon manata yaxın ƏDV qaytarılıb
İqtisadiyyat
249
14:50, Bu gün

Doqquz ayda istehlakçılara 157 milyon manata yaxın ƏDV qaytarılıb

2025-ci ilin yanvar-oktyabr ayları ərzində "ƏDV geri al" layihəsi çərçivəsində istehlakçılara ümumilikdə 156 milyon 759.9 min manat məbləğində vəsait geri ödənilib.
 
Moderator.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, vəsait ölkə ərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə qaytarılıb. Buraya neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları daxil deyil.
 
Layihə çərçivəsində, həmçinin teatr tamaşaları, film nümayişləri, muzey ziyarətləri, simfonik orkestr konsertləri kimi mədəni xidmətlərə, eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin bir hissəsi istehlakçılara qaytarılıb.
 
Bununla yanaşı, 2025-ci ilin doqquz ayında xarici vətəndaşlar tərəfindən Azərbaycan ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin ("Tax Free") məbləği 8 milyon 964.6 min manat təşkil edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər