Laçın “meriya”sından Britaniya ofşorlarınadək uzanmış nəhəng korrupsiya yeyintisi üzə çıxdı...
İqtisadiyyat
882
10:50, Bu gün

Laçın “meriya”sından Britaniya ofşorlarınadək uzanmış nəhəng korrupsiya yeyintisi üzə çıxdı...

“Johovurd” qəzetinə məlum olub ki, ötən il oktyabrın 19-da “Veles” təşkilatı  torpaqlarımızın işğalı zamanı yaradılmış qondarma “artsax” investisiya fondundan vəsaitlərin mənimsənilməsi iddiası ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Sən demə, Qarabağın işğal altında olduğu onilliklər boyu erməni məmur və oliqarxlar da o torpaqlar hesabına “babat” yeyintilər ediblər. 
 
Moderator.az xəbər verir ki, bu haqda “News.am” nəşri məlumat yayıb.
 
Qarabağdakı separatçı-terrorçu rejimin məmurları Ermənistandakı bir sıra həmkarları ilə birgə “Qarabağda kiçik və orta biznesin inkişafı üçün nəzərdə tutulmuş” sözügeən fondun pullarını mənimsəmişlər. 
 
“Artsax investisiya fondu” “artsax inkişaf agentliyi” -nin varisi kimi 2007-ci ildə qondarma “DQR”  “hökuməti”nin qərarı ilə yaradılıb. Təsisçisi həmin “hökumət” tərəfindən təmsil olunan “artsax respublikası” olub. Fond “respublika”da sahibkarlığın inkişafına yönəlmiş illik “dövlət” dəstəyi proqramlarını, eləcə də ipoteka kreditləşməsi ilə mənzillərin alınmasına “dövlət” maliyyə dəstəyinin təmin edilməsi prosesini həyata keçirib. ER hökumətinin qərarı ilə Qarabağdakı inkişaf proqramlarını həyata keçirmək üçün hər il bu fonda vaxtaşırı milyonlarla dollar və dram köçürülüb.
 
“Johovurd” qəzetinə bildirilib ki, hesabata əsasən, erməni vergi ödəyiciləri tərəfindən yuxarıda adı çəkilən “artsax investisiya fondu”na toplanan və köçürülən vəsaitlərin Britaniya adalarında qeydiyyatdan keçmiş və İsveçrə banklarından birində ofşorda yerləşən şirkətlər tərəfindən israf edildiyi korrupsiya prosesləri zənciri üzə çıxıb. Ümumilikdə, söhbət erməni vergi ödəyicilərinin vəsaitləri hesabına toplanan və əsasən 46-47 ailənin istifadə etdiyi 467 milyon dollardan gedir.
 
2006-cı ildə fəaliyyətə başlayan, 100% payı o vaxt “Berdzor” adlanan Laçn şəhərinin qondarma “mer”i Artur Saakyana məxsus olan “İmast” MMC 2006-cı ildə qeydiyyatdan keçsə də, maliyyə dairəsinə sonradan daxil olub. Maliyyə piramidası şirkətin səhmlərinin 75%-i müəyyən bir Narine Hovhannisyana verildikdə qurulmağa başlanıb. 2017-ci ildə şirkətin adı dəyişdirilib, dövriyyəyə başlanaraq “Multicontinental Distribution” MMC, sonra 2016-cı ildə yenidən dəyişdirilib, bu dəfə “M. Energo Invest” MMC-yə çevrilib.
 
Britaniya ofşorunda qeydiyyatdan keçmiş “Multicontinental Distribution” MMC-nin 75%-i və “M. Energo Invest” MMC-nin 37,6%-i İsveçrə-Ermənistanı Vardan Srmakeşə məxsusdur. Artsaxda SES-ləri idarə edən şirkət “M. Energo Invest” MMC olub. Vardan Srmakeş “Frank Muller” şirkətinin prezidenti və “Armswissbank”ın sahibidir. Məhz Srmakeşin ətrafında şübhəli dairə yaranıb.
Xatırladaq ki, bu, həmin V.Srmakeşdir ki, işğal dövründə onun Qarabağda bir sıra qızıl və digər əlvan metal mədənlərinin istismarında içtirakı sənədlərlə təsdiqlənib. 
 
2017-ci ildə Xocalı canisi Serj Sərkisyanın hələ president olduğu dövrdə Ermənistan Dövlət Gəlirlər Komitəsinin Sevan Ərazi Vergi Müfəttişliyinin keçmiş rəisi Nairi Baxşyanın oğlu Karen Nairi Baxşyan “M. Enerqo İnvest” MMC-nin səhmdarları siyahısına daxil edilib və bu şirkətin 75%-lik səhmdarına çevrilib. 2017-ci ilin sentyabrında səhmlərin 50%-i Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın oğlu Arqam Ovik Abramyana verilib.
 
2018-ci ildə “M. Enerqo İnvest” MMC-nin siyahısında daha bir dəyişiklik baş verdi: daha bir səhmdar Gevorq Aramayisi Maçanyan əlavə edilib.
 
O kimdir və bu çevrənin sonunda necə olub? Maçanyan “Armswissbank”-ın icraçı direktoru, meneceridir. Belə çıxır ki, bu maliyyə dairəsinin qırmızı sapı Vardan Srmakeşin əlindədir.
 
Bu pullar adıçəkilən şirkətlərə cüzi faizlə kredit kimi verilib və “dövlət” quruculuğuna yox, tamam başqa məqsədlərə sərf edilib.
Burada Qarabağda müxtəlif vəzifələrdə çalışmış keçmiş polis rəisinin müavini Komitas Karapetyanın da böyük rolu olub.
 
Məlum olur ki, Ermənistanın keçmiş prezidentinin xüsusi tapşırıqlar üzrə keçmiş nümayəndəsi Komitas Karapetyan və Zəngəzur Mis-Molibden Kombinatının yüksək rütbəli məmurları “Hakari”(Həkəri) MMC vasitəsilə öz arvadlarının adına  işğal altındakı Laçın rayonunun cənubunda Həkəri çayı üzərində su elektrik stansiyasını işlədirmişlər.
 
“Hetq” nəşrinin müxbirləri üzə çıxarıblar ki, Komitas Karapetyanın həyat yoldaşı Meri Karapetyan “Hakari- 2” adlı su elektrik stansiyasını idarə edən “Hakari” MMC-nin sahiblərindən biri kimi 25% paya malik olub.
 
Şirkətin səhmdarlarından biri Zəngəzur Mis-Molibden Zavodunun baş direktoru Mher Poloskovun həyat yoldaşı Armenuhi Qukasyandır. Armenuhi Qukasyanın şirkətdə 25% payı olub
 
Digər səhmdar isə Sünik şəhərinin keçmiş qubernatoru, Zəngəzur Mis-Molibden Kombinatının direktorlar şurasının üzvü Vahe Akopyanın həyat yoldaşı Elizabet Petrosyandır. O, şirkətdə 25% paya sahib olub.
 
Zəngəzur Mis-Molibden Kombinatının baş direktorunun birinci müavini Narek Ambaryanın həyat yoldaşı Anahit Qaltaxçyan da şirkətin səhmdarıdır. Qeyd edilir ki, Ambaryan əvvəllər Ermənistan Hərbi Prokurorluğunda xüsusilə mühüm işlər üzrə müstəntiq, qardaşı isə prokurorluğun korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi olub. Anahit Qaltakçyan da “Hakari” şirkətində 25% paya sahib olub.
 
Təqdim olunan hesabata görə, təkcə bu 4 ailə “artsax investisiya fondu”ndan 27 milyon dollar mənimsəyib.
 
Ümumilikdə isə 2006-cı ildən Laçının qondarma “meriya”sından Britaniya ofşorlarınadək uzanan “yol”da cəmi 467 milyon yeyilib...
 
S.Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər