Azərbaycanda neft-qaz sektorunda 31,2 min nəfər çalışır
İqtisadiyyat
435
09:26, Bu gün

Azərbaycanda neft-qaz sektorunda 31,2 min nəfər çalışır

2025-ci il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanda iqtisadiyyatın neft-qaz sektorunda 31.2 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 733.7 min nəfər çalışıb.
 
Moderator.az Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 375.8 min nəfər təşkil edib. Onlardan 5 milyon 96.5 min nəfəri məşğul əhali olub.
 
Cari ilin sentyabrın 1-nə muzdla çalışan işçilərin sayı 1 milyon 764.9 min nəfər təşkil edib. Onların 855.3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 909.6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
 
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23.1%-i məhsul istehsalı sahələrində məşğul olub. Onların 7.7%-i emal sənayesində, 6.8%-i tikintidə, 2.7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində, 2.4%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 1.8%-i mədənçıxarma sənayesində, 1.7%-i isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində fəaliyyət göstərib.
 
Xidmət sahəsində işləyənlərin 19%-i ticarət və nəqliyyat vasitələrinin təmiri, 18%-i təhsil, 8.6%-i səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6.3%-i dövlət idarəetməsi, müdafiə və sosial təminat, 4.2%-i nəqliyyat və anbar təsərrüfatı, 3.9%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 3.9%-i peşə, elmi və texniki fəaliyyət, 3.7%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2.9%-i istirahət, əyləncə və incəsənət, 2.3%-i maliyyə və sığorta fəaliyyəti, 1.9%-i informasiya və rabitə, 1.1%-i daşınmaz əmlak əməliyyatları, 1.1%-i isə digər xidmət sahələrində çalışıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər