SOCAR: Hazır məhsulu olan startaplarla əməkdaşlığa açığıq
İqtisadiyyat
310
13:42, Bu gün

SOCAR: Hazır məhsulu olan startaplarla əməkdaşlığa açığıq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) birbaşa startaplara sərmayə yatırmağı əsas hədəf kimi görmür.
 
Moderator.az xəbər verir ki, bunu SOCAR-ın nümayəndəsi Teymur Əliyev Bakıda "Gənc MÜSİAD"ın təşkilatçılığı ilə keçirilən "Avrasiya Gənc İş Adamları Forumu"nda (EYBF2025) çıxışı zamanı deyib.
 
Onun sözlərinə görə, şirkət daha çox artıq işlək məhsulu olan startaplarla əməkdaşlığa maraqlıdır:
 
"Əgər startapın hazır, sınaqdan keçmiş bir məhsulu varsa, biz onu test etməyə, yoxlamağa və tətbiq etməyə hazırıq. Startap komandaları bizə müraciət edə bilər. Əgər həmin məhsul SOCAR üçün dəyər yaradırsa, onun tətbiqi üzərində birgə işləməyə açığıq".
 
T. Əliyev əlavə edib ki, SOCAR startaplarla və texnoloji şirkətlərlə əməkdaşlığa açıqdır və bu istiqamətdə artıq bir sıra işlər görülür:
 
"Hazırda da biz bir çox beynəlxalq və yerli şirkətlərlə əməkdaşlıq edirik. SOCAR kimi böyük bir qurum üçün neft-kimya və digər sahələrdə ən son texnologiyaların tətbiqi prioritet məsələlərdəndir".
 
Link kopyalandı!
Son xəbərlər