Bankların xarici öhdəlikləri 340 milyon manat artıb
İqtisadiyyat
534
11:51, Bu gün

Bankların xarici öhdəlikləri 340 milyon manat artıb

30 sentyabr 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın cəmi aktivləri 56 milyard 138 milyon manat, cəmi öhdəlikləri 48 milyard 967.8 milyon manat, balans kapitalı isə 7 milyard 170.2 milyon manat təşkil edib.
 
Moderator.az Mərkəzi Banka istinadən xəbər verir ki, sentyabr ayında bankların cəmi aktivləri və cəmi öhdəlikləri 0.8 faiz, balans kapitalı isə 1.3 faiz artıb.
 
9 ayda banklar 910.7 milyon manat xalis mənfəət, 1 milyard 373.2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Bu dövrdə banklar tərəfindən 214.5 milyon manat məbləğində mənfəət vergisi ödənilib.
 
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 340.6 milyon manat artaraq 2 milyard 926.1 milyon manat təşkil edib. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.
Link kopyalandı!
Son xəbərlər