İqtisadiyyat
1325
10:47, Bu gün

"Rusiyaya qarşı sanksiyalar dünyanı fəlakətə aparır" – İrlandiyalı ekspertdən şok açıqlamalar

ABŞ Prezidenti Donald Trampın " Rosneft" və "Lukoil" kimi iri Rusiya enerji şirkətlərinə tətbiq etdiyi sanksiyalar qlobal bazarlarda dalğalanmalara səbəb olub. Çin və Hindistan Rusiyadan neft alışını məhdudlaşdırır ki, bu da əlavə qeyri-sabitlik yaradır. Ekspertlər xəbərdarlıq edirlər ki, Rusiyanın ixracını məhdudlaşdırmaq həm xam neft, həm də dizel təchizatını risk altına qoyur. Trampın Rusiyanın enerji bazarlarına yönəlmiş sanksiyaları Avropanı çətin vəziyyətə salıb. Enerji asılılığı və qiymət risklərinin artması səbəbindən bir sıra Avropa ölkələri artıq Ağ Evlə əlaqə saxlayaraq bu məhdudiyyətlərin yumşaldılmasını istəyirlər.
 
Avropa ölkələri Ukraynanı dəstəkləsələr də, niyə Rusiyanın enerji məhsullarından  imtina edə bilmirlər?
Moderator.az-a danışan irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş deyib ki, bu, çox maraqlı bir sualdır və göstərir ki, Avropa həqiqətən də çox çətin vəziyyətdədir:
 
“İlk öncə qeyd etmək lazımdır ki, bütün Avropa ölkələri  eyni vəziyyətdə deyil. Xüsusilə Macarıstan və Slovakiya Rusiya neftinə ehtiyac duyur. Digər ölkələrin alternativ mənbələri var. Lakin bir sıra kommersiya və logistika səbəblərinə görə ABŞ-dan LNG-yə (təbiq qaz) artan asılılıq, ucuz Rusiya təchizatı ilə müqayisədə daha bahalı olduğundan, sənaye və ev təsərrüfatları üçün enerji xərclərini yüksəldib. Demokratik ölkələrdə bu mövcud hökumətləri seçkilərdə həssas vəziyyətə qoyur”.
 
İrlandiyalı eksperti qeyd edib ki, Avropa İttifaqı bürokratiyası Von der Leyen və başqa üzv ölkələr daha qəti anti-Rusiya mövqeyindədir:
 
“Bunun səbəbi onların öz mövqelərini qorumaq üçün “Rusiya təhdidi” narrativindən istifadə etmələridir. Onlar müharibənin davam etməsini və ukraynalıların döyüşməyə davam etməsini istəyirlər ki, ruslar məşğul olsun. Lakin Ukrayna müharibəsinin maliyyə xərci Avropa üçün fəlakətli ola bilər. ABŞ prezidenti Donald Tramp Avropa ölkələrini öz müdafiələrinin ödənişini, ÜDM-in 5%-i səviyyəsində, ödəməyə məcbur edir. Bu, bir çox ölkəni iflasa sürükləyə bilər. Həmçinin Ukraynanın bərpası xərci var. Onlar müsadirə olunmuş Rusiya pullarından istifadə edə bilməzlər, çünki bu beynəlxalq qanunu pozur və sanksiya qorxusu səbəbindən Avropadan beynəlxalq kapitalın çıxmasına səbəb olar. Qısacası, Avropa Rusiyaya qarşı ucuz mübarizə aparmaq, ukraynalılardan və ABŞ-ın gücündən istifadə etmək istəyirdi. İndi Avropa görür ki, bu mövqe davam etdirilə bilməz. Həm Avropa, həm də dünya çox təhlükəli vəziyyətdədir”.
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər