Dünya Bankı Azərbaycan üzrə ilk dövri Ölkə İqtisadi İcmalını təqdim edib.
Moderator.az xəbər verir ki, hesabat ölkənin makroiqtisadi göstəriciləri və perspektivləri əks etdirir.
Sənəddə bildirilir ki, Azərbaycan son on ildə qlobal və regional sarsıntılara qarşı əhəmiyyətli dayanıqlılıq nümayiş etdirib. Rəqabət Məcəlləsinin qəbulu, əhəmiyyətli vergi islahatları, lisenziya və icazələrin alınması prosedurlarının sadələşdirilməsi, əmək münasibətlərində şəffaflaşma və biznes mühitindəki çağırışların həlli istiqamətində atılan digər addımlar sahibkarlıq fəaliyyətinin dəstəklənməsində mühüm rol oynayıb.
Ölkədə reallaşdırılan iqtisadi islahatlar, Cənubi Qafqazda strateji mövqeyi və zəngin enerji resursları güclü iqtisadi artımı və yoxsulluğun əhəmiyyətli dərəcədə azalmasını təmin edib. Hökumətin makroiqtisadi sabitliyə verdiyi önəm ölkəyə dəyişkənliklərə — o cümlədən 2015-ci ildəki neft qiymətləri şoku və COVID-19 pandemiyası — qarşı mübarizə aparmağa, fiskal və xarici ticarət profisitlərini, aşağı dövlət borcunu və əhəmiyyətli makroiqtisadi ehtiyatları qoruyub saxlamağa imkan verib.
Dünya Bankına görə, 2025-ci ilin ilk yarısında neft-qaz sektorunda 3,2%-lik daralma müşahidə olunsa da, qeyri-neft sektorunda artım 3,9%-ə təşkil edib. Tikinti, nəqliyyat, İKT və pərakəndə ticarət sahələrində fəaliyyət normallaşıb. Kənd təsərrüfatı və turizm sahələri artım tempini qoruyub saxlayıb.
İyun ayının sonuna doğru daxili və xarici təzyiqlərin azalması ilə inflyasiya bir qədər aşağı düşüb və illik inflyasiya 4.8%-ə enib. Bu göstərici Azərbaycan Mərkəzi Bankının hədəf diapazonunun (4 ± 2%) mərkəz nöqtəsinə yaxındır.
Xarici və fiskal balanslar əhəmiyyətli profisitlərlə malikdir, baxmayaraq ki, neft-qaz gəlirlərinin azalması bu göstəriciləri bir qədər zəiflədib. Makroiqtisadi ehtiyatlar güclü olaraq qalır: Dövlət Neft Fondu (ARDNF) ehtiyatları 13,2% artaraq 65 milyard ABŞ dollarına (ÜDM-in 88%-i) çatıb, Azərbaycan Mərkəzi Bankının ehtiyatları isə 11,5 milyard ABŞ dollarına yüksəlib ki, bu da 5,6 aylıq idxala bərabərdir.