Maliyyə Nazirliyi 75 milyon manatlıq istiqraz satdı
İqtisadiyyat
229
18:17, Bu gün

Maliyyə Nazirliyi 75 milyon manatlıq istiqraz satdı

Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyi tədavül müddəti 720 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac təşkil edib.
 
Maliyyə Nazirliyindən Moderator.az-a verilən məlumata görə, dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 74.7 milyon manat olub.
 
Maliyyə Nazirliyi tərəfindən 19.9 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100.5978 (illik 6.45%), kəsmə qiyməti isə 100.5055 (illik 6,5%) səviyyəsində müəyyən edilib.
 
İstiqrazların ödəmə müddəti 30 sentyabr 2027-ci il tarixində başa çatacaq.
Link kopyalandı!
Son xəbərlər