Bizi sosial şəbəkələrdən izləyin:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 75.8 milyon dollar dəyərində 336 min 825 ton metanol ixrac edilib.
Moderator.az xəbər verir ki, bu barədə məlumat Dövlət Gömrük Komitəsinin hesabatında yer alıb.
Metanol ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 602 min dollar və ya 0.8% artıb, miqdar ifadəsində isə 30 min 271 ton (yəni 8.2%) azalıb.
2024-cü ilin yanvar-sentyabr aylarında ölkədən 75.2 milyon dollar dəyərində 367 min 96 ton metanol ixrac olunmuşdu.
Azərbaycan mənşəli bir sıra qeyri-neft məhsullarının ixracında metanol 3.2 faiz təşkil edib.