Azərbaycanın dövlət borcu AÇIQLANDI
İqtisadiyyat
298
14:48, Bu gün

Azərbaycanın dövlət borcu AÇIQLANDI

Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 25 milyard 365.1 milyon manat təşkil edib. Bu göstərici ölkənin ümumi daxili məhsulunun (ÜDM) 19.5%-nə bərabər olub.
 
Moderator.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, dövlət borcunun 17 milyard 46,8 milyon manatı daxili, 4 milyard 893.1 milyon dollar isə xarici borcun payına düşür.
 
Hesabat dövründə dövlət borcunda xidmət xərcləri 1 milyard 516.8 milyon manat təşkil edib. Onun 1 milyard 66.9 milyon manatı xarici dövlət borcu üzrə, 449.9 milyon manatı isə daxili borcun faiz ödənişləri üzrə yönəldilib. Eyni zamanda, dövlətin əsas borc üzrə ödənişləri 740.8 milyon manat olub.
 
Link kopyalandı!
Son xəbərlər