Gələn ilin inflyasiya proqnozu açıqlandı
İqtisadiyyat
268
11:10, Bu gün

Gələn ilin inflyasiya proqnozu açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) baza ssenarisinə əsasən, 2025-ci ilin sonuna və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində olacağını proqnozlaşdırır.
 
Moderator.az AMB-yə istinadən xəbər verir ki, baza ssenarisi üzrə oktyabr proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 6%, 2026-cı ildə isə 5.7% olacağı gözlənilir. İnflyasiya proqnozunun yuxarıya doğru dəyişdirilməsi əsasən təklif amilləri ilə bağlıdır.
 
Mərkəzi Bank əsas xarici risk mənbəyi kimi idxal qiymətlərinin daxili inflyasiyaya təsiri ticarət tərəfdaşlarında inflyasiya prosesləri və nominal effektiv məzənnənin dinamikası ilə bağlı olduğunu göstərib. Qlobal ticarət mühitindəki qeyri-sabitlik əmtəə və maliyyə bazarlarında dalğalanmaların davam etməsinə səbəb olur.
 
Daxili risk faktorları ilə bağlı qeyd olunub ki, yenilənmiş proqnozlar növbəti dövrdə inflyasiyanın əsasən təklif-xərc amilləri hesabına formalaşacağını göstərir. 2026-cı ilə dövlət büdcəsinin ilkin parametrləri və kredit qoyuluşlarının illik artımının səngiməsi, məcmu tələbin izafi artımı riskini azaldır.
Link kopyalandı!
Son xəbərlər