Azərbaycanda illik inflyasiya 5,7 faiz olub
İqtisadiyyat
274
10:40, Bu gün

Azərbaycanda illik inflyasiya 5,7 faiz olub

Hazırda illik inflyasiya Mərkəzi Bankın proqnozlaşdırdığı trayektoriyaya yaxın hərəkət edir. 2025-ci ilin sentyabrında 12 aylıq inflyasiya 5.7% səviyyəsində olub.
 
Moderator.az AMB-yə istinadən xəbər verir ki, illik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7.9%, ödənişli xidmətlər üzrə 5.3%, qeyri-qida məhsulları üzrə isə 2.4% təşkil edib.
 
Eyni dövrdə illik baza inflyasiya 4.9% səviyyəsində qeydə alınıb.
 
Mərkəzi Bank bildirir ki, beynəlxalq mühitdə qeyri-müəyyənliklər hələ də qalır və bu, qlobal əmtəə qiymətlərində dalğalanmalara səbəb olur.
 
Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, 2025-ci ilin sentyabrında əmtəə qiymətləri indeksi illik 3.3% artıb, ərzaq və içki qiymətləri indeksi isə 2.6% azalıb.
 
BVF oktyabrda 2025-ci il üzrə qlobal inflyasiya proqnozunu dəyişməz saxlayıb - 4.2%, 2026-cı ilə dair proqnozunu isə cüzi artıraraq 3.7% səviyyəsində müəyyən edib.
Link kopyalandı!
Son xəbərlər