Bu ölkədən gələn buğdanın ilk partiyası Azərbaycandan keçməklə Ermənistana daxil olacaq...-RƏSMİ
İqtisadiyyat
407
14:44, Bu gün

Bu ölkədən gələn buğdanın ilk partiyası Azərbaycandan keçməklə Ermənistana daxil olacaq...-RƏSMİ

"Tezliklə Qazaxıstan buğdasının ilk partiyası Aktau-Bakı, daha sonra Azərbaycan və Gürcüstan dəmir yolları ilə Ermənistana daxil olacaq. Sülh bərqərar oldu."
 
Moderator.az xəbər verir ki, Ermənistan mediasının yaydığı məlumata görə, bunu ölkənin İqtisadiyyat naziri Gevorq Papoyan yazıb.
 
Xatırladılır ki,  Azərbaycan ərazisindən Ermənistana yüklərin tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə daha əvvəl məlumat veriılib.
 
Belə ki, Azərbaycan Prezidentu İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə birgə mətbuata bəyanatında deyib:

"Onu da qeyd etməliyəm ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".

S.Laçın
Link kopyalandı!
Son xəbərlər