20:56
18°C
Bakı
2025-ci ilin yanvar-sentyabr aylarında diri çəkidə 434.3 min ton ət, 1 699.1 min ton süd, 1 789.4 milyon ədəd yumurta, 14.6 min ton yun, 186.6 ton barama istehsal olunub.
Moderator.az rəsmi statistikaya istinadən xəbər verir ki, ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə yumurta istehsalı 1.9 faiz, ət istehsalı 1.2 faiz, süd istehsalı 0.3 faiz artmış, yun istehsalı 1.3 faiz, barama istehsalı 22.1 faiz azalmışdır.
2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0.1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1.1 faiz artmış, bitkiçilik məhsulları istehsalı isə 0.7 faiz azalıb.