Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfəri zamanı Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun 2025-ci il üzrə İllik Toplantısı çərçivəsində İslam İnkişaf Bankına üzv ölkələr üzrə müdirlərin görüşündə və onların şərəfinə təşkil olunan naharda iştirak edib.
Moderator.az xəbər verir ki, nazir bu barədə "X" hesabında qeyd edib:
"Görüş İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir və üzv dövlətləri təmsil edən həmkarlarla dayanıqlı və inklüziv inkişaf prioritetləri üzrə fikir mübadiləsi aparmaq üçün faydalı platforma oldu. Azərbaycanın 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi etməsi ilə bağlı hazırlıq işlərinə və ümumi inkişaf məqsədləri üçün islam maliyyə institutları ilə əməkdaşlığın gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayırdıq".