Yunanıstan Azərbaycandan neft alışını 2 dəfədən çox artırıb
İqtisadiyyat
453
17:41, Bu gün

Yunanıstan Azərbaycandan neft alışını 2 dəfədən çox artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Yunanıstana 500 min 730,69 ton xam neft ixrac edib.
 
Moderator.az -ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 268 milyon 492,93 min ABŞ dolları təşkil edib.
 
İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin ilk 9 ayı ilə müqayisədə 2,2 dəfə, dəyəri isə 85,4 % çoxdur.
 
Yunanıstana ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 2,95 % olub.
 
Bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 8 milyard 938 milyon 864,59 min ABŞ dolları dəyərində 16 milyon 996 min 208,46 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
 
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 35 milyard 376 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 18 milyard 606 milyon ABŞ dolları ixracın, 16 milyard 769 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Link kopyalandı!
Son xəbərlər