Maliyyə Nazirliyi gələn il üçün neftin qiymətini proqnozlaşdırdı
İqtisadiyyat
915
16 Oct 2025 | 12:25

Maliyyə Nazirliyi gələn il üçün neftin qiymətini proqnozlaşdırdı

Maliyyə Nazirliyi tərəfindən hazırlanmış "2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi"ndə neftin qiymətinə dair proqnozlar açıqlanıb.
 
Moderator.az sənədə istinadən xəbər verir ki, 2026-cı ildə neftin bir barelinin orta illik ixrac qiyməti 65 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır.
 
Həmçinin, 2027-2029-cu illərdə də neftin orta illik qiyməti 65 dolları səviyyəsində sabit qalacağı ehtimal olunur.
 
Qeyd edək ki, cari ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 70 dollar nəzərdə tutulub.
Link kopyalandı!
Son xəbərlər