Azərbaycanda 9 ayda 20 milyon tondan çox neft hasil edilib
İqtisadiyyat
234
11:46, Bu gün

Azərbaycanda 9 ayda 20 milyon tondan çox neft hasil edilib

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, respublikada 20,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.
 
Energetika Nazirliyindən Moderator.az-a verilən məlumata görə, hasilatın 12 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,4 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 5,4 milyon tona yaxın təşkil edib.
 
Bu dövrdə 17,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 14,9 milyon tonu konsorsiumların, 2,1 milyon tonu SOCAR-ın, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb.
 
Qeyd edək ki, bu ilin 9 ayında xam neft hasilatı orta hesabla gündəlik 62 min ton (458 min barrel), kondensat hasilatı 13,7 min ton (112 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı orta hesabla gündəlik 75,7 min ton (570 min barrel) olub.
 
Hesabat dövründə neftin emalı 4,6 milyon ton təşkil edib.
Link kopyalandı!
Son xəbərlər