Azərbaycanda benzin və dizel istehsalı artıb - CƏDVƏL
İqtisadiyyat
497
14 Oct 2025 | 16:17

Azərbaycanda benzin və dizel istehsalı artıb - CƏDVƏL

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4047,3 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4% artıb.

Bu barədə Moderator.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, hesabat dövründə neft məhsullarından mazut istehsalı 2,1 dəfə, neft koksunun istehsalı 8,5%, qazoylların (dizel yanacağının) istehsalı 6,2%, ağ neft istehsalı 5,3%, avtomobil benzinin isəlı isə 1% artıb.

Qeyd olunur ki, yanvar sentyabr aylarında ölkədə neft bitumu istehsalı 9,9%, sürtkü yağları istehsalı isə 44,7% azalmışdır.

Azərbaycanda istehsal olunan neftməhsulları:

Məhsul növləri

2025-ci ilin yanvar-sentyabr aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.10.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

Avtomobil benzini, min ton

1081,3

101

62,2

Ağ neft, min ton

518,8

105,3

27,9

Qazoyllar (dizel yanacağı), min ton

1861,9

106,2

159

Mazut, min ton

57,6

2,1 d.

1,2

Sürtkü yağları, min ton

27,3

55,3

1,5

Maye qazlar, min ton

169,2

111,8

2,3

Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton

 

581,4

 

66,9

 

58,6

ondan:

neft bitumu, min ton

190,9

90,1

14,9

neft koksu, min ton

170,4

108,5

43,3

Link kopyalandı!
Son xəbərlər