Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4047,3 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4% artıb.
Bu barədə Moderator.az Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, hesabat dövründə neft məhsullarından mazut istehsalı 2,1 dəfə, neft koksunun istehsalı 8,5%, qazoylların (dizel yanacağının) istehsalı 6,2%, ağ neft istehsalı 5,3%, avtomobil benzinin isəlı isə 1% artıb.
Qeyd olunur ki, yanvar sentyabr aylarında ölkədə neft bitumu istehsalı 9,9%, sürtkü yağları istehsalı isə 44,7% azalmışdır.
Azərbaycanda istehsal olunan neftməhsulları:
Məhsul növləri |
2025-ci ilin yanvar-sentyabr aylarında istehsal edilib |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.10.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Avtomobil benzini, min ton |
1081,3 |
101 |
62,2 |
Ağ neft, min ton |
518,8 |
105,3 |
27,9 |
Qazoyllar (dizel yanacağı), min ton |
1861,9 |
106,2 |
159 |
Mazut, min ton |
57,6 |
2,1 d. |
1,2 |
Sürtkü yağları, min ton |
27,3 |
55,3 |
1,5 |
Maye qazlar, min ton |
169,2 |
111,8 |
2,3 |
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
581,4 |
66,9 |
58,6 |
ondan: neft bitumu, min ton |
190,9 |
90,1 |
14,9 |
neft koksu, min ton |
170,4 |
108,5 |
43,3 |