Bizi sosial şəbəkələrdən izləyin:
SOCAR və "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkəti arasında 2023-cü ilin iyun ayında imzalanmış Anlaşma Memorandumuna əsasən, insan kapitalının inkişafı və təcrübə mübadiləsinin gücləndirilməsi istiqamətində əməkdaşlıq uğurla davam etdirilir.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.
Bildirilib ki, bu tərəfdaşlıq çərçivəsində 22-26 sentyabr 2025-ci il tarixlərində SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin ekspert təlimçisi tərəfindən TPAO əməkdaşları üçün "Qazma prosesi zamanı quyulara nəzarət" və "İki lüləli quyuların əsaslı və yeraltı təmirində əməliyyatların sürətləndirilməsi və asanlaşdırılması üsulları" mövzularında beşgünlük intensiv təlimlər keçirilib.
Layihə SOCAR və TPAO arasında insan kapitalı sahəsində qarşılıqlı öyrənmə və inkişaf təşəbbüslərinin davamlılığını təmin etməklə yanaşı, enerji sektorunda bilik və təcrübə mübadiləsinə töhfə vermək məqsədi daşıyır.