20:29
19°C
Bakı
"Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) gümüşün 2025-ci ilin dekabr ayı üçün füçerslərinin qiyməti tarixi maksimumu yeniləyərək bir Trua unsiyası üçün 50 dolları ötüb.
Moderator.az xəbər verir ki, ticarət platformasının məlumatında belə deyilir.
Bakı vaxtı ilə saat 16:33-ə olan məlumata görə, qiymətli metalın qiyməti 5.97% artaraq bir Trua unsiyası üçün 50.07 dollar təşkil edib. Bakı vaxtı ilə saat 16:48-də gümüşün qiymətində artım yavaşıyaraq, bir unsiya üçün 49.825 dollara (+5.46%) qədər düşüb.
Eyni zamanda, "Comex" birjasında qızılın 2025-ci ilin dekabr ayı üçün füçerslərinin qiyməti 4 097.2 dollar (+2.42%) səviyyəsində olub.