Putin Paşinyanla söhbətdə növbəti yalan danışdı...
MDB-yə üzv ölkələrin Dövlət Başçıları Şurasının növbəti iclasında Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi ilə bağlı rəqəmlərdən danışarkən Kreml rəhbəri növbəti dəfə yalan danışıb.
Moderator.az xəbər verir ki, bu haqda “Armenian Times” nəşri məlumat yayıb.
“İndi bizimlə Ermənistan arasında ticarət nə qədər artıb?, -deyə işğalçı Rusiya diktatoru Ermənistan baş nazirindən soruşub.
"Bu il artıq 4 milyard dollardır", - Paşinyan cavab verib.
“Xeyr, daha çoxdur”, - deyə Putin gülümsəyərək inad edib.
Ermənistan hökumət başçısı isə ötən il Rusiya ilə ticarət dövriyyəsinin 9 milyarda yaxın olduğunu desə də, Putin bir daha israrla bunun daha çox olduğunu bildirib.
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan sosial şəbəkədə baş nazir Nikol Paşinyanın düzgün rəqəmlər təqdim etdiyinə dair faktları açıqlayıb.
"Baş nazir Nikol Paşinyan Ermənistan Statistika Komitəsinin açıqladığı rəqəmləri təqdim edib və deməli, onlar tamamilə doğrudur. Putin doğru danışmayıb", - deyə Papoyan yazıb.
Yəni Paşinyan demək istəyib ki, Rusiya ilə ticarət dövriyyəsi artmayıb, əksinə, azalıb...
Belə çıxır ki, Putin Rusiyanın öz iqtisadiyyatı, müharibədəki uğurları və digər postsovet ölkələri ilə siyasi, iqtisadi əlaqələrlə bağlı olduğu kimi, Ermənistanla ticarətə dair rəqəmləri də şişirtməyə çalışıb...