Bizi sosial şəbəkələrdən izləyin:
Çexiya "AvtoVAZ"ın tərəfdaşlıq proqramı çərçivəsində Azərbaycanda istehsal olunan "Niva" markalı minik avtomobillərini alacaq.
Bu barədə "Idnes" portalı məlumat yayıb.
Bildirilib ki, "Niva" modeli texniki göstəriciləri ilə yanaşı, çex sürücülərinin nostalji marağını da qazanıb. Belə ki, bu avtomobil Çexslovakiyanın "Navstevnici" (1983) əfsanəvi serialında mühüm rol oynayıb.
Məlumata görə, Çexiyada "Niva"nın satış qiymətinin təxminən 498 min kron (təxminən 39.5 min manat) olacağı gözlənilir. /Oxu.az/