Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə dəyişiklik edib.
Moderator.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, müxtəlif qoruyucu burunaltılıların 1 cütünün idxalı üçün gömrük rüsumları gələn il iyunun 30-na qədər 15 ABŞ dollarından 9 ABŞ dollarına (60 %) endirilib.
Bundan başqa, 2023-cu ilin sonuna qədər dəmirdən və yaxud aşqarlanmamış poladdan yarımfabrikatların 1 tonunun ölkəyə idxalı üçün gömrük rüsumları dəyərinin 15 %-i qədər, lakin 200 ABŞ dollarından az olmamaqla müəyyən edilib. İndiyə qədər rüsumlar 5-15 % təşkil edirdi.
Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.
Nazirlər Kabineti bəyan edib ki, bu qərar ölkənin xarici ticarət siyasətinin tənzimlənməsi, yerli istehsalın müdafiəsi, idxal-ixrac əməliyyatlarında şəffaflıq və sabitliyi təmin etmək məqsədi daşıyır. Dəyişikliklər əsasən beynəlxalq mal nomenklaturasının bəzi alt yarımmövqelərinə (xüsusilə ayaqqabı, qoruyucu burunaltılı ayaqqabı, şüşə və polad məhsulları) aid tarif dərəcələrinin yenilənməsi ilə bağlıdır.
Əsas məqamlar:
müxtəlif növ qoruyucu (təhlükəli şəraitdə çalışan işçilər üçün əlavə qoruma təmin edən) ayaqqabıların idxalına (həmin ayaqqabılar üçün yeni mal nomenklaturu kodları təyin edilməklə) 30 iyun 2026-cı il tarixinə qədər ayaqqabının 1 cütü üçün 9 ABŞ dolları idxal gömrük rüsumu tətbiq ediləcək. Hazırda idxal gömrük rüsumlarının dərəcələri 15 %-dir.
müxtəlif kodlarla idxal edilən armaturlaşdırılmamış şüşə lövhələrin idxalının şüşənin 1 tonu üçün 31 dekabr 2030-cu il yarixinə qədər 200 ABŞ dolları təyin edilir. Hazırda idxal gömrük rüsumlarının dərəcələri 15 %-dir.
müxtəlif kodlar altında təsnif edilən armaturlar, dəmir çubuqlar üçün idxal gömrük rüsumlarının 31 dekabr 2030-cu il tarixinə qədər 15 % və ya 1 tonuna görə 200 ABŞ dollarından az olmamaqla təyin ediləcək. Hazırda idxal gömrük rüsumlarının dərəcələri məhsulun idxal kodundan asılı olaraq 5 və 15 %-dir.
Dəyişikliklər yerli istehsalın inkişafını dəstəkləmək, daxili bazarda rəqabət şəraitini qorumaq, eyni zamanda keyfiyyətli və təhlükəsiz məhsulların idxalını təşviq etmək məqsədi daşıyır.