Müharibənin iqtisadiyyatını çökürtdüyü Ukraynada müəllimlərin maaşı 50 faiz artırılacaq...
İqtisadiyyat
451
09:00, Bu gün

Müharibənin iqtisadiyyatını çökürtdüyü Ukraynada müəllimlərin maaşı 50 faiz artırılacaq...

3 il 8 aydır ki, Rusiyanın genişmiqyaslı təcavüzünə məruz qalan, iqtisadiyyatının, infrstruktrunun xeyli hissəsi dağıdılan, özünün nefti-qaz ehtiyatları çox cüzi olan Ukraynada gələn ildənmüəllimlərin əməkhaqqı əhəmiyyətli dərəcədə artırılacaq. Minimum əmək haqqı 50% artacaq. Müəllim ayda təxminən 30.000 qrivna(təxm. 1228 AZN) qazana biləcək.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, bu barədə “Vechir.LIVE” verilişində “Xalqın qulluqçusu”(Sluqa naroda") fraksiyasından olan deputat Ruslan Qorbenko məlumat verib.
 
Hazırda müəllimlərin orta əmək haqqı təxminən 15 000 qrivnadır(təxm. 614 AZN). Müəllim sinif idarəçiliyi, dərsdənkənar fəaliyyətlər və ya digər müavinətlər üçün əlavə ödənişlər alırsa, ödənişlər 20.000 qrivnaya(təxm. 819 AZN) çata bilər.
 
Deputatın sözlərinə görə, minimum əməkhaqqının nəzərdə tutulan 50% artımı ilə müəllimin orta əmək haqqı təxminən 30 min qrivnaya qədər artacaq. Artım yalnız böyük təcrübəyə və iş stajına malik müəllimlərin xeyrinə olmayacaq. Qorbenko bu addımı müharibə illərində müəllim əməyinin şərəfləndirilməsində “böyük sıçrayış” adlandırıb.
 
"Hazırda bu il müəllimlərimizin maaşının 50% artırılması təklifi var. Bu, Ukraynada orta müəllim maaşının 30 000 qrivna olacağı anlamına gəlir. Bu nə vaxt baş verəcək? 2026-cı il yanvarın 1-də", - deyə Qorbenko bildirib.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər