İqtisadiyyat
489
14:57, Bu gün

"5 manat aylıq gəliri olan ayda 6 manat ödəniş etməməlidir"

"Azərbaycan Mərkəzi Bankının (AMB) əsas məqsədi izafi borclanmanın qarşısını almaqdır".
 
Bunu AMB-nin baş direktoru Şahin Mahmudzadə bildirib.
 
"Biz borclanmaya qarşısını deyilik, sadəcə borclanma sağlam formada olmalıdır - 5 manat aylıq gəliri olan ayda 6 manat ödəniş etməməlidir. Borclanma gəlirə mütənasib olmalıdır. Gördüyümüz tədbirlər daha çox izafi borclanmanın qarşısını almaq üçündür. Bununla bağlı daha sərt tədbirlər də görülə bilər. Əhalinin gəlirləri artıb, buna münasibətdə borclanma da artıb, ancaq region ölkələrindən aşağı səviyyədədir", - deyə qeyd edib.
 
AMB rəsmisinin sözlərinə görə, banklar üzrə Bazel III, sığorta sektoru üzrə isə Solvency II standartlarına keçid nəzərdə tutulur: "Bu istiqamətdə işlər aparılır. Yaxın vaxtlarda bazar risklərinin idarə edilməsinə dair qaydalar müəyyən ediləcək və ictimaiyyətə açıqlanacaq". /Report/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər