Vətəndaşlara geri qaytarılan ƏDV-nin həcmi açıqlandı
İqtisadiyyat
189
15:20, Bu gün

Vətəndaşlara geri qaytarılan ƏDV-nin həcmi açıqlandı

Bu ilin yanvar - sentyabr aylarında ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılan həcmi 140 milyon 216,0 min manat olub.
 
Dövlət Vergi Xidmətindən Moderator.az-a verilən məlumata görə, ƏDV məbləği ölkə ərazisində pərakəndə ticarət və ya iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə, habelə tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilib.
 
Hesabat dövründə xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“tax free”) məbləği 7 milyon 928,2 min manat təşkil edib.
 
Seçilmiş xəbərlər
RU
Moderator
Xəbər lenti
Top xəbərlər
Gün
Həftə
Ay
Yazarlar
Link kopyalandı!
Son xəbərlər
Son xəbərlər