Maaşdan tutulmalardan imtina etmək olar? - İqtisadçı açıqladı
İqtisadiyyat
222
14:30, Bu gün

Maaşdan tutulmalardan imtina etmək olar? - İqtisadçı açıqladı

Rəsmi müqavilə ilə çalışan şəxslərin əmək haqqından, Dövlət Sosial Müdafiə Fonduna,  Həmkarlar İttifaqınz, İcbari tibbi sığortaya, o cümlədən, işsizliyə görə və gəlir vergisi çıxılır. Həmin məbləğlər isə maaşdan kifayət qədər vəsaitin silinməsinə səbəb olur.
 
Bəs görəsən, şəxs öz istəyi ilə həmin vergiləri verməkdən imtina edə bilərmi?
 
İqtisadçı Eldəniz Əmirov Lent.az-a açıqlamasında bildirib ki, əmək haqqından tutulmalar bir neçə növə bölündüyü üçün, məcburi vergilərdən yayınmaq mümkün deyil:
“Vətəndaşların əmək haqqından tutulmalar bir neçə növə bölünür. Onların arasında qanunla məcburi olanlar, könüllü tutulmalar və işçinin- işəgötürənin razılığı əsasında formalaşanlar var. Gəlir vergisi, sosial sığorta ödənişləri, eləcə də icbari tibbi sığorta  məcburidir və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktlarında təsbitini tapır. Bununla yanaşı Həmkarlar İttifaqının üzvlük haqqı prinsip etibarı ilə könüllü olsa da, təcrübədə görünür ki, bir qurum üzv olandan sonra kütləvi şəkildə proses davam edir.
 
Kredit məsələləri, digər növ sığorta və ödənişlər isə işə götürən və işçi arasında müqavilə ilə təsbit edilir",-deyə iqtisadçı fikrini yekunlaşdırıb.
 
Adından da göründüyü kimi məcburi vergilərin ödənilməsi, vətəndaşın bilavasitə sağlamlığının sığortalanması, həkim və xəstəxana kimi xərclərinin ödənilməsi zamanı əlindən tutur, lakin insanlar könüllü adı altında tutulan vergilərin səfasını sürə bilmirlərsə, o zaman onların tutulması nəyə gərəkdir? Vətəndaşdan il boyunca tutulan vergilərdən sonra o, kurort və digər istirahət növlərindən istifadə edə bilmirsə, maaşından faizlərin çıxılması absurd görünür.  
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər